Akif Qurbanovun atası da saxlanılıb? – RƏSMİ AÇIQLAMA

Akif Qurbanovun atasının saxlanılmasına dair iddialara rəsmi münasibət bildirilib.

DİN-in Mətbuat Xidmətinin inspektoru İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub:

“Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”.

Qeyd edək ki, “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov də əməliyyat zamanı saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və məhkəmə tərəfindən barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

COP29