Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

AKP böyük dəyişikliyə hazırlaşır - Kürd siyasəti də, Topbaş da, Gökcək də dəyişir

“Prezident Ərdoğan kiçik ölçülü dəyişikliklərə üstünlük verdi. Lakin Ədalət və İnkişaf partiyasında (AKP) bu dəfə kabinetdə böyük dəyişikliklər olacağı müzakirə olunur”.

Yeniçağ.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hökumətə yaxınlığı ilə tanınan Abdulkadir Selvi məlumat verib:

“Kürdlərin verdiyi səslərdə qeydə alınan artım hökumət tərəfindən adekvat qiymətləndiriləcək. Baş nazir Binali Yıldırım şəhər təşkilatlarının rəhbərləri ilə toplantının qapalı hissəsində bu bölgədən gələn səslərə görə təşəkkür edib :
“Bu seçkinin uduzanı yox, qazananı var. Hər kəsi təbrik etmək lazımdır” deyə danışıb”.

Abdulkadir Selvi AKP millət vəkili Orxan Miroğlunun sözlərini isə belə çatdırıb:

“Türkiyənin yeni bir kürd siyasətinə ehtiyacı var. Təhlükəsizlik və ya “kürd siyasəti” demək düzgün deyil. Bunlar bir-birinin alternativi deyil. Təhlükəsizlik məsələsi çox vacibdir. Amma AKP-nin yeni bir kürd siyasətinə ehtiyacı var. Kürdlərin referenduma verdiyi dəstəyi diqqətsiz qoymaq AKP-yə veriləcək ən böyük zərərdir”.

Selvi qeyd edib ki, AKP üçün ən əsas məsələ İstanbul və Ankara da daxil olmaqla böyük şəhərlərdəki nəticələrdir:

“Çünki 30 böyük şəhərdən 17-si referendumda “Hayır” səsi verib. Bu nəticələr həm kabinetə, həm də iqtisadi siyasətə təsir edəcək. Referendum nəticələrinin Melih Gökcəkin və Kadır Topbaşın karyerasına nə dərəcədə təsir göstərəcəyi isə bələdiyyə seçkilərində məlum olacaq”.

Yeniçağ.az

Loading...

www.yenicag.az

446
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100