!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AKP bu seçkilərdən lazımi dərs götürəcək” – Türkiyə parlamentinin azərbaycanlı deputatı

!Reklam – Yazi

“Seçkilərdə başabaş mübarizələr sayəsində əldə olunan nəticələr demokratik ölkələr üçün xarakterik haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyədə keçirilmiş 31 mart seçkilərinin nəticələrini dəyərləndirən hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili, Azərbaycan əsilli Şamil Ayrım deyib.

Şamil Ayrımın sözlərinə görə, AKP-nin bəzi şəhərlərdə mövqelərini itirməsi təbii proses sayılmalıdır:
“Bəzi xırda insidentləri nəzərə almasaq, Türkiyədə ötən gün keçirilmiş yerli seçkilər yüksək səviyyədə baş tutdu və millət öz iradəsini ortaya qoydu.

Hazırda nəticələrlə bağlı müəyyən iradlar, etirazlar var və onlar diqqətlə araşdırılır. Əsas olan nəticələrdə millətin öz iradəsini əks etdirməsidir.

AKP-nin bəzi şəhərlərdə mövqelərini itirməsi faciə hesab olunmamalıdır. Seçkilərdə başabaş mübarizələr sayəsində əldə olunan nəticələr demokratik ölkələr üçün xarakterik haldır.

Millət öz təpkisini göstərdi, demək istədi ki, özünüzə çəki-düzən verin. Bunu faciəyə çevirmək yox, səhvləri düzəltmək lazımdır. AKP bu seçkilərdən lazımi dərs götürəcək”.

A.Zeynalov

www.yenicag.az

25366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv