AKP “küskün”lərindən İstanbul Seçkilərinin yenilənməsinə REAKSİYA

Türkiyədə 31 martda gerçəkləşdirilən İstanbul Bələdiyyə seçkilərinin nəticələrinin Mərkəzi Seçki Komissiyasının (Yüksek Seçim Kurumu) qərarı ilə ləğv edilməsindən sonra MSK-nın bu qərarına Müxalif Partiyalardan əlavə AK Partiyanın içərisindəki “Küskünlər” adlanan qrupdan da reaksiya gecikməyib.

Yenicag.az xəbər verir ki, Türkiyənin 11-ci Prezidenti Abdullah Gül, keçmiş Baş nazir Əhməd Davudoğlu və Türkiyə Böyük Millət Məclisinin eks-spikeri Bülənt Arınç MSK-nın bu qərarına öz reaksiyalarını bildirərək, bunun demokratik prinsiplərə zidd olduğunu vurğulayıblar.

Abdullah Gül “twitter” sosial şəbəkəsindən etdiyi açıqlamada “Konstitusiya Məhkəməsinin 2007-ci ildəki haqsız “367 qərarı” qarşısında nə hiss etmişdimsə, başqa bir yüksək məhkəmə olan MSK-nın qərarını eşitdikdə eyni hissləri keçirdim. Təəssüf, bir az da olsa irəli getməmişik” deyə bildirib.

Əhməd Davudoğlu da yenə “twitter” hesabından “Siyasi ənənəmizin ən əsas dəyəri də son sözün seçkilərdə üzə çıxan millət iradəsinə aid olmasıdır. Səbəbi və bəhanəsi nə olursa olsun, 31 Mart seçkilərindən sonra yaşananlar və MSK-nın ləğv qərarı bu dəyərlərin zədələnməsinə yol açmışdır” deyib.

Kitab sərgisində kameralar qarşısına keçən Türkiyə Böyük Millət Məclisinin eks-spikeri Bülənt Arınç isə daha sərt ifadələr işlədərək geniş siyasi dəyərləndirmələr edib və MHP ilə olan “Cumhur ittifaqı”nın “Bazara qədər deyil, məzarə qədər” gedəcəyini bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə cavab olaraq “Bu ittifaq Bazara qədər deyil, bazar ertəsinə qədər, 31 Martın səhərinə qədər olmalıydı” deyib. MSK-nın qərarını tənqid edən Bülənt Arınç Əkrəm İmamoğlu üçün isə “4 il sonrasının Prezidentliyə namizədinə hazır olun” deyə bildirib.

Qeyd edək ki, son aylarda AKP-də “küskünlər” olaraq adlandırılan bəzi şəxslərin Yeni Partiya quraraq siyasət meydanına atılacaqlarına dair iddialar səsləndirilmişdi. Abdullah Gül və Əhməd Davudoğlu isə ən çox adları hallanan şəxslər idilər. Onların MSK-nın qərarına münasibətləri isə bu iddiaları daha da önə çəkib.

Aqil Bəkir