AKP-li deputatdan Almaniya və Hollandiyaya “təşəkkür”: “Evet” səslərini artırdılar”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İzmir millət vəkili Hüseyin Kocabıyık maraqlı jest edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “A Haber” kanalında çıxış edən AKP-li deputat Hüseyin Kocabıyık Almaniya və Hollandiyanın Türkiyəyə qarşı davranışlarının referendumla bağlı “Evet” səslərini 2 faiz artırdığını deyib. Millət vəkili bu fikirlərini maraqlı tərzdə dilə gətirib:

“Bu almanlarla hollandlara çox da əsəbiləşməyək. Bəlkə də onlara bir az təşəkkür etmək lazmdır. Keçmiş müşavir və araşdırmaçı olaraq deyirəm ki, o iki ölkədə baş verənlərə görə Türkiyənin xaricində və daxilində “Evet” səsləri 2 faiz artıb”.

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömer Çelik də oxşar fikir səsləndirib. O, Hollandiyada xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin yerə enməsinə icazə verilməməsindən sonra tərəddüdlü vətəndaşların da “Evet” mövqeyinə keçdiklərini söyləyib.

Yeniçağ.Az