!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKP-MHP ittifaqı dağılır? - Dövlət Baxçalıdan sürpriz bəyanat

!Reklam – Yazi

Milliyyətçi Hərəkat Partiyası (MHP) Türkiyədə keçiriləcək yerli seçkilərə təkbaşına qatılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə MHP başqanı Dövlət Baxçalı partiyanın Məclis qrup toplantısındakı çıxışında bildirib.

Baxçalının sözlərinə görə, MHP İstanbul istisna olmaqla, bütün bələdiyyələr üzrə öz namizədlərini irəli sürəcək:
“Heç bir ittifaq bir tərəfin inkar olunaraq geri addım atmağa məcbur edilməsi və yox sayılmasına yönəlik mülahizələrin görməzdən gəlinməsi ilə ayaqda qala bilməz.

Heç bir ittifaq mövqe bildirişləri və zamana oynamaqla varlığını idarəolunmaz qaydada davam etdirə bilməz. Nümayəndə heyətləri görüşdü-görüşmədi, hüquqi zəmin varmı-yoxmu kimi müzakirələrə son qoymağın vaxtı gəlib.

Bu xroniki prosesi uzatmağın mənası yoxdur. Bu dönəmdə hər hansı ittifaq niyyətimiz və gözləntimiz qalmayıb.

İstanbul Böyük Şəhər Bələdiyyəsi istisna olmaqla, hər seçki dairəsində, hər böyük şəhər, vilayət, rayon və bələdiyyələrinə seçkilərdə öz namizədlərimizi irəli sürəcəyik, Allahın izni ilə ən yaxşı nəticəni əldə edəcəyik. Bizə millətin dəstəyi yetər – Biz Türk millətinin özüyük.

Biz “Cumhur ittifaqı”na bağlıyıq. Boşboğazlıq edən, ittifaqa qarşı altdan-altdan təxribatlar törədən “kin yuvaları”na əhəmiyyət verməyəcəyik”.

A.Zeynalov

www.yenicag.az

2702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv