!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKP millət vəkili: "FETÖ-çular Gülənin əmri ilə öz cinayətlərini inkar etsələr də..."

!Reklam – Yazi

Fətullahçı terror təşkilatının 15 iyul çevriliş cəhdi ilə əlaqədar açılan məhkəmə işinin davam etdiyi bir vaxtda AK partiyanın Afyondan seçilən millət vəkili Əli Özkaya Yenicag.az-a danışdı.

“Ən yuxarı başda oturub, idarə edənin təlimatlarını yerinə yetirən FETÖ üzvləri məhkəmələrdə kamera görüntüləri, fotolar və şahidlərin ifadələri ilə sübuta yetirilmiş cinayətlərini bir ağızdan inkar etməyə çalışırlar. Təsəvvür edin ki, tankın içində tutulan hərbi formalı polis də təqsirini qəbul etmir. Türkiyə qanunvericiliyi hər şeyi böyük bir dəqiqliklə araşdırır. Bu canilər cinayətlərini nə qədər inkar etsələr də, qanun dövlətə və millətə qarşı cinayət törədənlərin cəzasını verəcək. Sizin vasitənizlə bütün ölkələrin dövlət qurumlarına səslənirəm:

“FETÖ adlı qanlı terror təşkilatının üzvləri dünyanın müxtəlif yerlərində həyata keçirtdikləri cinayət aktlarını öz liderlərinin göstərişi ilə danırlar. Buna görə də qanunvericilik orqanları bu taktikalara inanmasın, sübutları qanunauyğun bir şəkildə qiymətləndirsinlər və lazımi cəzaları versinlər. Əməllərini inkar etmək taktikası onları Türkiyədə layiq olduqları cəzadan xilas edə bilməyəcək və digər ölkələrdə də bu, belə olmalıdır.”

Yenicag.az

www.yenicag.az

1087
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv