Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

AKP-nin “dəyişilməz” naziri: Veysəl Eroğlu

22357Türkiyədə AKP-dən nazir seçildikdən sonra heç dəyişməyən sadəcə bir nazir oldu. Meşə və Su işləri naziri Veysəl Eroğlu AKP hökumətlərinin hamısında eyni vəzifəni daşıyıb.  2007-ci ildə AKP ilə siyasətə başlayan V.Eroğlu  60-cı hökumətdə Ətraf və Meşə naziri vəzifəsinə gətirilib.

61-ci hökumətdə Ətraf və Meşə nazirliyi iki ayrı nazirliyə ayrıldığı üçün o, Meşə və Su İşləri naziri vəzifəsinə təyin olunub.

62, 63, 64 və son olaraq da dünəndən etibarən 65-ci hökumətdə Türkiyə Meşə və Su işləri naziri vəzifəsini daşımaqdadır.

Su Vəqfi qurucusu olan Eroğlu həm də Dünya Su Şurasının İdarə Heyətinin üzvüdür.

İngilis dilini mükəmməl bilən nazir evli və 4 uşaq atasıdır.

Ayrıca, 1995-ci ildə çap olunan “Erməni məzalimi” adlı kitabının müəllifidir.

 

Yenicag.az

www.yenicag.az

242