AK partiya qurultayını izləyən beynəlxalq xəbər agentlikləri salondan çəkdikləri fotoşəkilləri dünyaya çatdırır.
Yeniçağ.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qurucusu olduğu AK partiyasına yenidən qayıtdığı qurultayı dünya mediası böyük maraqla izləyir.
Paytaxt Ankarada keçirilən növbədənkənar qurultaydan ilk fotoları amerikan Associated Press (AP) və Reuters xəbər agentlikləri dünyaya çatdırdı. AP-nin çəkdiyi bir fotoda Bursadan gələn bir partiyalının fəs taxdığı və aralarından birinin də Osmanlı padşahı kimi geyindiyi görülür.
Qurultay zalı tamamilə dolu vəziyyətdədir. Ədalət və İnkişaf partiyasının üzvləri gəldikləri şəhərin adları yazılan köynəklər geyinib.
Yenicag.az