Türkiyənin Sabiq daxili işlər naziri, İYİ Partiya sədri Meral Akşenər verdiyi açıqlama ilə gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, Meral Akşenər 2023-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olmayacağını açıqlayıb.
“Mən baş nazirliyə namizədəm”, – deyə partiya sədri bildirib.
Maraqlısı isə budur ki, Türkiyədə 2017-ci ildə keçirilən konstitusiya referendumunun nəticələrinə əsasən 2018-ci ildə baş nazir postu ləğv edilib.
Müxalif partiyalar isə parlamentli respublikaya qayıdışı vacib sayır ki, Akşenərin çıxışı da buradan qaynaqlanır.