Aksiya faciə ilə bitdi: Yük maşını məktəblilərə çırpıldı – 29 yaralı

Qırğızıstanda dondurma ilə yüklənmiş mini yük maşını 29 uşağı vurub.

Yenicag.az xəbər verir ki, “Kabar” xəbər agentliyinin məlumatına görə, hadisə Cəlal-Abad vilayətinin Suzak rayonunda baş verib.

“Manas” dastanının oxunması üzrə Ümumrespublika aksiyasında iştirak edən bir qrup məktəblinin üzərinə avtomobil çırpılıb.

Agentlik yaralıların 9-16 yaş arasında olduğunu bildirir. 7 uşaq rayon xəstəxanasına yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Suzak rayon xəstəxanasında 3 uşaq, mərkəzi xəstəxanada isə 8 uşaq var. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

11 uşağa hadisə yerində tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Yük maşınının sürücüsü saxlanılıb.

COP29