“Ölkəmizdə vətəndaşların təhlükəsizliyi yüksək həddə təmin edilir”.
Yenicag.az xəbər verir ki, bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cabir Məmmədzadə deyib.
Bu gün bütün dünyanın terrordan əziyyət çəkdiyi bir vaxt da ölkəmizin terrordan müdafiə olunması istiqamətində görülən tədbirlərdən danışan Cabir Məmmədzadə hüquq-mühafizə orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərin terror təhlükəsizliyi təhdidlərinin neytrallaşmasına kifayət etdiyini bildirib.
Dünyada kifayət qədər tanınan terror qruplaşmalarının- “Əl-Qaidə”, PKK və s. bu kimi təşkilatların Azərbaycan ərazisindəki fəallıq səviyyəsindən danışan Cabir Məmmədzadə qlobal terror təşkilatlarının 2000-ci illə müqayisədə kifayət qədər azaldığını, keçirilən antiterror tədbirləri nəticəsində həm “Əl-Qaidə” ilə əlaqələli şəbəkələrin, həm də eyni ideyanı bölüşən ayrı-ayrı terrorçu qrupların fəaliyyəti zərərsizləşdirilib.
Daha sonra Suriyaya gedən azərbaycanlılardan danışan təhlükəsizlik xidmətinin əməkdaşı görülən tədbirlər nəticəsində bu axının qarşısının müəyyən qədər alındığını qeyd edib.