Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin şəxsiyyəti müəyyən edildi

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib.

Yenicag.az-ın Qazaxıstan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

“Onlardan üçü Qazaxıstan, üçü Rusiya və dördü Azərbaycan vətəndaşıdır”, – FHN-dən bildirilib.