Aktauda “Azərbaycan – Qazax xalqlarının Dostluq Xiyabanı”nın açılış mərasimi keçirildi – FOTO

Aktau şəhərində yerləşən Prezident bağında Azərbaycan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun və Manqistau vilayət Akimliyinin(Qubernatorluğunun) dəstəyi ilə yaradılmış “Azərbaycan – Qazax xalqlarının Dostluq Xiyabanı”nın açılış mərasimi keçirilib.

Tədbirdə 200-dən çox qonaq iştirak etmiş və onlar arasında Mangistau vilayət Qubernatorluğun, Aktau şəhər meriyasının, Məsləhət Şuralarının (deputalar şurası), Xalq Assambleyasının , Aktau şəhərində fəaliyyət göstərən Baş Konsulluqların nümayəndələri, Azərbaycan icmasının, gənclər, tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Baş Konsulluğun başçısı Elçin Məmmədov Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən təfbirlərdən, cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə keçiriləcək COP-29 beynəlxalq tədbirindən, eləcə də iqlim dəyişikliyinə qarşı mübarizə fondu çərçivəsində ölkəmizin beynəlxalq arenada apardığı fəaliyyətdən verdiyi yöhfədən danışmışdır. Sonra bu yöndə dəstək əlaməti olaraq Vaş Konsulluq tərəfindən qardaş ölkə olan Qazaxıstan Respublikasının Aktau şəhərində yaşıl dosluq guşəsinin yaradılması təşəbbüsünün irəli sürüldünü qeyd etmiş və sözügedən təklifin Magistau vilayət Qubernatorluğu, Aktau şəhər meriyası tərəfindən dəstəklənməsindən məmnunluğu ifadə edərək təşəkkür etmişdir. Bununla yanaşı, yaradılmış “Azərbaycan – Qazax xalqlarının Dostluq Xiyabanı”nın xalqlarımız arasında tarixi köklərə soykənən dostluq, qardaşlıq bağlarının möhkələnməsinə xidmət etdiyini vurğulayıb və qonaqlara tədbir iştiraklarına görə təşəkkürünü bildirib.

Sonra Mangistau vilayət Qubernatorunun müavini Abat Urisbayev çıxış edərək iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən, əlaqələrdən dərinləşməsi istiqamətində qarşılıqlı olaraq görülən işlərdən danışıb. Sonra Abat Ursinbayev Xalqlar Dostluğu Xiyabanın yaradılmasına görə Baş Konsulluğa təşəkkürünü bildirmiş və belə müsbət addımın əhəmiyyətindən danışaraq xalqlarımız arasında münasibətlərin inkişafına böyük töfhə verdiyini bildirib. Bununla yanaşı, dost Azərbaycan Respublikasında keçiriləcək COP 29 yüksək səviyyəli beynəlxalq tədbirdən, region və dünya ölkələri üçün xüsusi əhəmiyyətindən bəhs edərək, ölkəmizə uğurlar arzulayıb.

Çıxışlardan sonra qonaqların iştirakı ilə “Azərbaycan – Qazax xalqlarının Dostluq Xiyabanı” nın daş lövhəsinin təntənəli açılış mərasimi təşkil olunub. Sonra ekoloji aksiya başlanıb və xiyaban üçün ayrılmış ərazidə Azərbaycanın florasını tərənnüm edən Eldar şamı, Xan çinarı, Nar, Zeytun, Badam və digər meyvə ağacları olmaqla ümumilikdə 300 ədəd ağac əkilib.

COP29