Üç Azərbaycan vətəndaşı Aktauda müalicə olunur, onların hamısı süni tənəffüs aparatına qopşulub.
Yenicag.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, onların vəziyyəti stabil ağırdır:
“Nə zaman müsbət dinamikanı müşahidə etsək, onların da təxliyəsi qüsursuz və problemsiz mümkün olacaq”./apa