Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Mətbuat Şurasının mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, Şuranın sədri Rəşad Məcid qonağa qurumun missiyası və fəaliyyəti barədə məlumat verib. Şuranın Türk dünyasında fəaliyyət göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz açan R.Məcid deyib ki, qarşılıqlı təmaslarda başlıca məqsəd həm də ortaq Türk mədəniyyəti və irsinin təbliğində jurnalist əməyini stimullaşdırmaq, qələm sahibləri arasında əlaqələrin dərinləşməsinə dəstək göstərməkdir.
A.Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun hazırda həyata keçirdiyi işlər və gələcək planlarından danışıb. O, qurumun fəaliyyətinin intensivləşdirilməsi üçün media amilinin zəruriliyinə diqqət çəkib. A.Raimkulova bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın faydalı olacağına əminliyini vurğulayıb.
Qarşılıqlı fikir mübadilələri şəraitində keçmiş görüşdə Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın, Şuranın İdarə Heyətinin üzvləri – Azər Həsrətin və Hacıbəy Heydərlinin birgə əməkdaşlıqla bağlı təklifləri maraqla qarşılanıb.
Görüşdə, həmçinin Türk Mədəniyyəti və İrsi Fondu ilə Mətbuat Şurasının təmsilçilərinin müntəzəm görüşlərinin, müxtəlif məsələlərə dair birgə müzakirələrinin təşkili qərara alınıb.