Reklam

Reklam

“Mən komplekssiz aktrisayam” deyən Bakı Bələdiyyə Teatrının aktrisası Aynur Abbasovanın bu açıqlaması həmkarlarını qıcıqlandırmasa yaxşıdır.

Yenicag.az-a açıqlama verən aktrisa bəzi məşhurların bostanını da daşlayıb:

“Düşünürəm ki, arıq, fiqurasız olmaqdansa, mənim kimi əndamlı, yaraşıqlı olmaq ən gözəlidir. Hamıya aid etmirəm, amma gündəmdə olan elə məşhurlar var ki, bədəni taxta kimi düzdür, heç bir cazibədarlıqları da yoxdur”.

A. Abbasova özünü məşhur xanımlarla da müqayisə edib:

“Azərbaycanın tanınmış aktrisaları Nəcibə Məlikova, Leyla Bədirbəyli, Nəsibə Zeynalova kimi korifey sənətkarlarımız əndamlı qadınlar olublar. Mən də heç vaxt ifrat dərəcədə arıq olmaq istəmirəm. Əndamlı xanımlar hər zaman ən cazibədar qadınlar sayılıb. Hərçənd bəziləri bunu etiraf etməsələr də, elə qadınların vurğunudur. Mən özüm heç vaxt arıq olmamışam. Ən az çəkim 56 kilo olub, onda da yumru görünürdüm. Məni bəyənən belə bəyənib. Ola bilər ki, 5-7 kiloya qədər arıqlayım, lakin yaxın aylarda belə bir planım yoxdur. Səbəbsə odur ki, yeni bir filmə dəvət almışam, orada canlandıracağım obraz əndamlı xanımdır. Hələ bir az da kökəlməliyəm”.

Cəvahir
Foto: Cəmalə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3701
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.