!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktrisa qızından narazıdır

!Reklam – Yazi

mehriban_xanlarova_055Tanınmış aktrisa Mehriban Xanlarova gözünün ağı-qarası bircə qızını ərə verəndən sonra daha çox narahatdır.

Aktrisa qızının ailəsində problem olduğu zaman təqsiri həmişə övladında gördüyünü deyib:

“Həmişə nəsə şikayət olanda, ya qaynanası mənə nəsə deyəndə deyirəm ki, qızım, belə eləmə, belə et. Heç vaxt onun tərəfini saxlamıram. Ancaq qızım kənara keçəndə deyirəm ki, siz də belə edin. Çalışıram həmişə mehribanlıq olsun. Ancaq qızım gəlin köçəndən sonra, yalan deyə bilmərəm, onunla bağlı narazılıqlarım olub. Övladımdan narazıyam. Qızım Cəlilabadda ərdədir. Bəzən o da sözümə qulaq asmır. Ailədə hər şey ola bilər, ancaq gərək söhbət çölə çıxmasın”.

Mehriban Xanlarova nəvəsi balaca Mehribandan da danışıb: “İki nəvəm var. Problemim olan zaman 2 yaşlı Mehribana qaçıram. O məni görən kimi gülür, hər şeyi unuduram”.

(milli.az)

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv