Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Nəzər Məmmədova şəxsi həyatından danışıb.
Yenicag.az-a açıqlama verən aktrisa onunla evlənmək istəyən oğlanlara çağırış edib:
“Ürəyimcə olan insan qarşıma çıxan kimi ailə quracam. Amma ətrafımda elə bir namizəd yoxdur. Əslində, oğlanları özüm yaxına buraxmıram. Qoy mənə görə mübarizə aparsınlar. Kim mənə görə mübarizə aparsa, ona da şans verəcəm”.Aktrisa orta məktəb illərində oğlanların ona görə dava etməsindən də danışıb:
“Orta məktəb illərində oğlanlar həmişə sevgimi qazanmaq üçün mübarizə aparıb. Hətta mənə görə dava da salıblar. Oğlanlar dəliqanlı vaxtlarında qız üstə dava edirlər axı… Mən də o zamanlar çox sevilirdim. Qəşəng qız idim axı… (gülür)”.
Cəvahir