“Aktyor olan bəndənin arzusudur ki, hər zaman ömrünü, həyatını həsr etdiyi səhnədə olsun və səhnədə ölsün”.
Bu sözləri tanınmış aktrisa, Əməkdar artist Hicran Nəsirova Yenicag.az-a açıqlamasında doğum günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Doğum günündə yüksək əhval-ruhiyyədə olduğunu deyən aktrisa özünü güclü xanım kimi xarakterizə edib:
“Zəif yox, zərif qadınam. Tez inciyib-küsən olsam da, möhkəm, güclü xanımam. Adətən, doğum günlərimi qeyd etməyi heç sevmirəm. Amma mütləq şəkildə ailəm başıma yığışıb, özəl günümü qeyd edəcəklər. Təki ailəm hər zaman bir yerdə olsunlar”.
O, “arzuladığınız, amma oynamadığınız obrazlar varmı” sualını da cavablandırıb:
“Heç bir aktrisa deyə bilməz ki, yaradıcılığım boyu arzuladığım bütün rolları oynamışam. Belə olmur, həmişə nə isə qalır. Məndə də belə olub, istədiyim, amma oynamadığım obrazlar olub. Əlbəttə aktyor olan bəndənin arzusudur ki, hər zaman ömrünü, həyatını həsr etdiyi səhnədə olsun və səhnədə ölsün”.
Cəvahir