Aktrisanın başına 1,5 milyon qoyuldu

Hindistanın siyasi partiyalarından biri olan “Bxaratiya canata” Bollivud ulduzu Dipiki Padukonun və rejissor Sancay Bxansalinin başına 1,5 milyon pul qoyub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb qalmaqallı “Padmavati” filmidir. Belə ki, partiya nümayəndələri filmin rejissorunu tarixi faktların təhrifində və əxlaqsızlığın təbliğ olunmasında günahlandırıblar.

Film XIV əsrin əfsanəsinin motivlərinə əsaslanaraq çəkilib. Əsərdə sultan Alauddin Xilcinin Radpuj padşahlığı Mevarı mühasirəyə alması nümayiş olunur. Sultan kraliça Padmavatinin onunla evlənəcəyi təqdirdə heç kimi öldürməyəcəyini bəyan edir. Padmavati isə buna razı olmayaraq canına qəsd edir.

Sözügedən film hələ ekranlarda nümayiş olunmayıb. Buna baxmayaraq, etirazçılar Xilci ilə Padmavati arasındakı sevgi səhnəsini və filmin sujet xəttini sərt tənqid ediblər.

“Padmavati”nin rejissoru Sancay Bxansali etirazçılara öncə filmə baxmağı daha sonra fikirlərini söyləməyi tövsiyyə edib. Bundan başqa, rejissor deyib ki, filmdə əxlaqsız sevgi səhnəsi yoxdur, film tam olaraq uydurulmuş əfsanə üzərində çəkilib.

Lakin, Hindistanın şimalından olan Rajput döyüşçü kastının nümayəndələri bu arqumentlərə önəm vermirlər. Onlar üçün mifik kraliça Padmavati şərəf və paklığın simvoludur. Onun təhqirinə görə isə cəza ölümdür.

COP29