Aktrisaya seksual hərəkətlər edən taksi sürücüsündən XƏBƏR VAR – FOTO

Xəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə müraciət edib.

Yenicag.az xəbər verir ki, L.Süleymanova özünün “Instagram” səhifəsində Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunu barədə məlumat paylaşıb.

Aktrisa qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və ondan üzr istəməsini təmin ediblər.

Xanımın bildirdiyinə görə, “Bolt” taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.