Aktual.ge xəbər portalının ofisinin açılış olub – FOTO/VİDEO

Ötən gün 19 avqust Marneuli rayonunda “Aktual Media”nın nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının ofisinin təntənəli açılış mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, saat 19:00-da başlayan açılış mərasiminə Marneuli merinin müşaviri Adil Əliyev, Parlamentin sabiq üzvü Ramin Bayramov, “Avropalı Gürcüstan” partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev, “Vahid Milli Hərəkat” partiyasının Marneuli qərargahının sədri Aqil Mustafayev, “Lelo” partiyasının Marneuli qərargahının sədri Murad Muradov, “Yeni Gürcüstan” partiyasının Marneuli qərargahının sədri Fuad Qəhrəmanov, Borçalı İrəli İctimai Birliyinin sədri Məhəbbət İmanov, Marneuli bələdiyyə məclisinin üzvü Rövşən İskəndərov, Ümümi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi sədri və şeyxi Mirtəqi Əsədov, Marneuli imamcümələrindən biri Hacı Hacıyev, QHT rəhbərləri – üzvləri, siyasi və ictimai fəalllar, gənclər və jurnalistlər qatılıb.

Marneoli rayonunda ofisin açılış çıxışını edən “Aktual Media”nın baş direktoru İlkin Hüseynov, qonaqlara öz təşəkürünü bildirərək, ifadə edib ki, bu gün sadəcə ofisimizin açılışıdır önümüzdəki aylarda isə həmçinin təqdimatımız baş tutacaq. O deyib ki, öz imkanlarımızla yaratdığımız Aktual.ge xəbər portalı qısa bir vaxtda ölkədə yayınladığı xəbərlərlə gündəm yaratmaqa, artıq qadirdir.

Ardından Marneuli imamcümələrindən biri Hacı Hacıyev, saytın açılmasından böyük məmnuniyyət duyduğunu ifadə edib: “Əminəm ki, Aktual.ge xəbər saytı ölkəmizə və xalqımıza layiqli xidmətlər edəcək”. Daha sonra isə alqışlar sədasında qırmızı lent kəsilərək Aktual.ge xəbər portalının ofisinin açılışı gerçəkləşib. Sonda isə qatılımcılar üçün furşet süfrəsi açılıb.