“Aktual Media” – Aktual.ge xəbər portalı 1 yaşında – FOTO / VİDEO

Bu gün, 28 noyabr Marneuli rayonundaki “Kavkaz Restoranı”nda “Aktual Media” və nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının və “Jurnalistika Kursu”nun məzunlarına sertfikat təqdim etmə mərasimi baş tutub.

Aktual.ge xəbər verir ki, mərasimdə, “Aktual Media” – Aktual.ge xəbər portalının baş direktoru İlkin Hüseynov, Azərbaycanın Gürcüstandaki səfirinin birinci katibi Anar Rəsulov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şərqi Gürcüstan müftisi Etibar Eminov və həmin idarənin şeyx müavini Hacı Qurban Murquzov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtəqi Əsədov, “AtaHolding”in direktoru Məhəbbət İmanov, Çay Evinin rəhbəri Emin Əhmədov, AZƏRTAC-ın Gürcüstan müxbiri Xətai Əzizov, “Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Məhəmmədəli, “İnterpress.ge” xəbər portalının baş direktoru Nahid Qurbanov, hüquqşünas Eda Qocayeva, mülki fəal Samirə İsmayılova, 2 saylı ictimai məktəbin direktoru Şorena Xuxua, gənclər, tələbələr, türk və azərbaycanlı iş adamları, jurnalistlər və s iştirak edib.

Programın aparıcısı Natela Əlləzova qonaqları salamlayaraq mediamız haqqında məlumat verib:

Bir il bundan əvvəl dünyanın xəbər mediaları sırasına biri də qoşuldu − “Aktual Media” və onun nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalı və AktualTv internet televiziya kanalı. Və medyamız bu gün, artıq 1 yaşındadır. Bütün çətinliklərə və sıxıntılara baxmayaraq bir il bundan əvvəl böyük əziyyət və əməklə qurulan Aktual.ge xəbər portalı ölkə və dünyadaki ən son xəbərləri müstəqil, qərəzsiz və obyektiv formada yayımlaması ilə çox tezliklə bölgədə ən çox izlənilən xəbər portallarından birinə çevrildi. Bu gün ölkənin aparıcı mediaları ilə yanaşı beynəlxalq medialar da, Aktualı mənbə olaraq göstərir. Aktual fəaliyyətə başladığı gündən bəri bütün qaynar nöqtələrdən, hadisə ocaqlarından, mitinqlərdən, sosial və mədəni tədbirlərdən birbaşa feysbuk üzərindən canlı yayım vasitəsilə operativ və dəqiq məlumat çatdırmaqdadır. Aktual.ge ölkənin bütün aparıcı mediaları, televiziya kanalları ilə isti və sıx münasibətləri mövcuddur. Öz imkanları ilə hərəkət edən, maddi dəstəyi olmayan mediamız bəzən qramatik, orfografik və xüsusəndə texniki səhvlərimiz olsa da, “Aktual Media” – Aktual.ge xəbər portalı qısa müddətdə böyük işlərə imza atdı. Aktual.ge ölkə daxilindəki medialarla əməkdaşlıqdan əlavə, fəaliyyətə başladığı gündən bəri Gürcüstan Prezident Administrasiyası, Gürcüstan Parlamenti, Gürcüstan Hökümət Administrasiyası, nazirliklər, siyasi partiyalar, qurum və quruluşlarda eləcə də akkreditə olundu. Sözügedən qurumlarda baş verən proseslər gün ərzində Aktual.ge xəbər portalının rəsmi mail adresinə press-reliz olaraq göndərilir. Və biz gün ərzində həmin xəbərləri Dövlətimizin dili olan gürcü dilində və eləcə də, Azərbaycan dilində xəbər formatında geniş oxuyucu kütləmizə çatdırırq. Qeyd edək ki, medyamız 4 dildə – Gürcücə, Azərbaycanca, Türkçə və İngiliscə xəbər yayımı həyata keçirən yeganə media qurumudur. Aktual.ge öz kiçik imkanları və Azərbaycan Diasporuna Dəstək Fonudunun dəstəyi ilə bölgədə ilk dəfə “Jurnalistika Kursu” həyata keçirdi…  ADDF-ya belə bir layihəni dəstəklədiyi üçün təşəkkür edirik. Nəzərinizə çatdıraq ki, gün ərzində yazılı və fotolu xəbərlərimizlə yanaşı hazırda “Aktual Media”nın tərkibində olan AktualTv internet televiziya kanalında xidmət göstərməkdədir və hazırda 2 verlişimiz mövcuddur, “Aktualuri Kvira və Aktual Sorğu” yaxın gələcək də isə verlişlərimizin sayını artımağı və bu rəqəmi 5-ə çıxarmağı planlayırıq. İndi isə programımızın ikinci hissəsinə keçid alırıq, bu barədə bir çoxlarınızın melumati vardir, bilirsiniz  ki, “Aktual Media” – Aktual.ge xəbər portal bölgəmizdə bu günə qədər olmayan bir yeniliye imza atdi, hansiki cəmiyyətimizn ən cox ehtiyac duyduğu və gələcəkdə də faydasını görəcəyi jurnalistika kursu. Regionda ilk olaraq həyata keçirdiymiz 3 ayliq jurnalistika kursu çəçivəsinfə 8 nəfər gənc qızlarımızı media sahəsində yetişdirdik,, hansı ki, jurnalistika sahəsində tanınmış peşəkar təlimçilər AZERTAC-ın xüsusi müxbiri Xətai Əzizov və Mtavari telekanalının jurnalisti, eləcə də mediamızın fəaliyyəti bizimlə birgə olan Ceyhun Məhəmmədəli tərəfindən onlar təhsil aldılar. Təbii ki, onlar bir tək teorik olaraq deyil eyni zamanda təlimçilərimizin verdikləri tapşırıq əsasında, bir sıra yazılı və görüntülü röportajlar belə hazırladılar. Mediamız tərəfindən 3 aylıq jurnalistika kursu çərçivəsində kursumuzun iştirakçılkarı bir tək media sahəsində deyil, eləcə də, mediaya yaxın olan bir sıra digər sahələrdə onlar seminar görüşlər çərçivəsində öz bilgilərini artırdılar. Həmin görüşlərə Azərbaycan Respublikasının Gürcüstandaki fövqaladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstandaki fövqaladə və səlahiyyətli səfiri xanım Fatma Ceren Yazgan, hüquqşünas Eda Qocayeva və GAİM-in icraçı direktoru Orxan Pirverdiyev öz bilgilərini paylaşdı və bunun üçündə əlbəttə onlara dərindən təşəkkür edirik. Təbii ki, biz kursumuzun əsas təlimçiləri Xətai Əzizov və Ceyhun Məhəmmədəliyə də ayrıca xüsusi təşəkkür edirik. Bu arada qeyd edək ki, həmin kursu bitirən gənclərimizin bəziləri öz təhsillərini ölkəmizin ali təhsil ocaqlarında davam etdirərkən, bəziləridə ölkəmizin aparıcı telekanallarından birində staja başlayıb. Sözügedən kursu həyata keçirməkdə məqsədimiz gənclərin sırf jurnalist olmaları deyil, eyni zamanda ölkəmizin ictimai həyatında fəal olmalarını təmin etməkdir və mən xüsusi ilə bizim Aktual komandasının yaradıcı simalarına Nizami Qocayevə, Hacı Xəlilova, Xəqani Qocayevə və Natella Əlləzovaya təşəkkür edib, bol enerji və uğurlar diləyirəm”.

Ardından “Aktual Media”nın baş direktoru İlkin Hüseynov çıxış edib:

“QHT “Aktual Media” və nəzdində fəaliyyət göstərən Aktual.ge xəbər portalının fəaliyyətə başlamasından 1 il üç ay ötür… Əslində mediamızın 1 yaşı bu ilin 19 avqust tarixində idi, ki, biz həmin günə bu möhtəşəm programı planlayırdıq, ancaq həmin gün çox əlamətdar bir gün olduğuna görə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq ərtələmək məcburiyyətində qaldıq. Demək ki, qismət bu günə imiş… Bu bir illik fəaliyyətimiz, gördüyümüz işlər haqqında danışmaq mənim üçün həqiqətən çətindir. Təkəbbürlülük və sizlərdə lütfən lovğalıq kimi qəbul etməyin, ancaq bu bir il ərzində heç bir maddi dəstəyi olmayan mediamız oqədər cəmiyyətə faydalı iş görüb ki, mən onlardan sadəcə ikisi haqqında qısaca danışmaq istərdim:

Birinci budur ki, bu bir il ərzində Aktual.ge xəbər portalı 18 mindən çox xəbər dərc edib və bu xəbərləri isə 6 milyon 120 mindən çox insan oxuyubdur. Əgər bununla bağlı rəsmi statistika istəyən olsa göstərə bilərik. İkinci  isə imkanlarımız çərçivəsində və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ilkə imza atmışıq ki, 8 nəfər gənc media sahəsində yetişib… Qeyd edim ki, Aktual.ge`nin oxuyucuları bizim üçün bahalı daş-qaş və qızıldan dəyərlidir. Hər daim yeniliyə, kreativliyə üstünlük vermək, mövcud olmayanı həyata keçirmək, haqsızlığa məruz qalanın səsini duyurmağ, qadın hüquqları başta olmaqla, insan hüquqlarından yazmaq, müstəqillik, obiyektivlik və gərəkdiyində isə sırf inkişaf naminə tənqidçilik bizim üçün prioritetdir. Aktual.ge Gürcüstanın xəbər portalıdır. Mən Aktual.ge komandasına xüsusi olaraq təşəkkür edirəm və həyali fəaliyyətimizdə uğurlar diləyirəm. Mən mediamızla əməkdaşlıq edən bu gördüyünüz şirkətlərin rəhbərləri də burada əyləşib, daşıyıcı şirkəti “Mctrans” çox hörmətli Qizo Buzaladzeyə, “Otaci” dəyərli insan İskəndər İskəndərova, “iLink” çox hörmətli Samir Rəhimova təşəkkür edirəm və inanıram ki, əməkdaşlığımız 2022-ci il yox da, 2023-cü ildə də, davam edəcəkdir… Bu arada Kavkaz Restoranının rəhbərliyinə xüsusən Afiz və Rəhim bəyə təşəkkür edirəm. Sözlərimə son verərkən, bir daha sizlərə və xüsusəndə uzaqdan gələn dostlara, qonaqlara dərin təşəkkür edirəm”.

Daha sonra çıxış edən Azərbaycan səfirinin birinci katibi Anar Rəsulov, AZƏRTAC-ın Gürcüstan müxbiri Xətai Əzizov, “Mtavari Arxi” telekanalının jurnalisti Ceyhun Məhəmmədli, BGMİ-nin müftisi Etibar Eminov, ÜGMADİ sədri Mirtəqi Əsədov və digər natiqlər “Aktual Media” – Aktual.ge xəbər portalının 1 yaş və “Jurnalistika Kursu”nun məzunlarını təbrik edib, medianın fəaliyyətində uğurlar arzulayıblar. GAK sədri Hüseyn Yusubov isə “Aktual Media” – Aktual.ge xəbər portalını Fəxri Fərmanla təltif edibdir.

Tədbirin ikinci hissəsində “Aktual Media”nın gerçəkləştirdiyi “Jurnalistika Kursu”nun 8 məzunu: Sevil Məmmədova, Könül İsmayılova, Bərna Hacıxəlilova, Aysu Kamilova, Medea Əliyeva, Fərizə Nəbiyeva, Fidan Osmanlı və Natela Əlləzova sertfikat verilib və eyni zamanda “Otaci” şirkəti isə xüsusi hədiyyələr təqdim edib. Bundan əlavə həmin kursun təlimçiləri X.Əzizov və C.Məhəmmədəli “Aktual Media” tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Sonda isə daşıyıcı şirkəti “Mctrans”a, “Otaci” şirkətinə və “iLink”ə xüusi təşəkkür edilib. “Aktual Media”nın hazırladığı video çarx yayımlanıb, ailə fotosu çəkilib və qonaqlar üçün furşet süfrəsi açılıb.

“Aktual Media” – Aktual.ge xəbər portalı 1 yaşında.