!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aktyor silah kolleksiyasını satışa çıxarır

!Reklam – Yazi

1417449316623698936_750x500Məşhur fransız aktyoru Alen Delon on illər ərzində topladığı tapança və tüfəng kolleksiyasını satışa çıxarmaq niyyətindədir. 80-ə yaxın tapança və tüfəngin toplandığı odlu silah kolleksiyası Parisin Cornette de Saint Cyr ticarət evində nümayiş olunub və bu gün satışa çıxarılacaq.

Alen Delon kinematoqrafiyada yarım əsirlik karyerası ərzində istər detektiv, istər vestern, istərsə də tarixi əsər olsun, əsasən qəhrəman obrazında rol alıb. Lakin çox adam bu rolların mahir ifaçısının həqiqətən də öz işini yaxşı bilən ehtiraslı kolleksiyaçı olduğunu bilmir.

Təxminən 300 min avro həcmində qiymətləndirilən kolleksiyaya XIX əsrin ortalarında hazırlanan və Delonun iştirak etdiyi bir çox filmdə istifadə olunan müxtəlif çaplı tapançalar da daxildir.

(azertag.com)

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv