Aktyorları daşıyan mikroavtobus qəzaya düşdü – Ölənlər var

Türkiyənin Amasiya şəhərində teatr aktyorlarını aparan mikroavtobus yük maşınına çırpılıb.

Yenicag.az xəbər verir ki, dəhşətli qəzada mikroavtobusda olan 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralananlar arasında aktrisa Ceyhun Fersoy, Melis İşiten, Sergen Deveci və dostlarının olduğu öyrənilib. Onlara ilkin tibbi yardım göstərilb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.