“Diriliş Ertuğrul” serialının aktyoru Engin Altan Düzyatan özünə dünyanın məşhur brendindən saat sifariş verib.
Yenicag.az xəbər verir ki, məşhurun şifariş verdiyi saat “Patek Philippe” brendinə məxsus “Patek Philippe Nautilus” modelidir. Məhdud sayda buraxılan bu saat üçün aktyor iki il gözləməli olacaq.
Qeyd edək ki, dünyanın ən bahalı saatlarından biri olan bu modelin qiyməti 24 min 100 isveçrə frankıdır (təxminən 41 400 AZN).