Aktyorun “ərə itaət” tövsiyəsinə SƏRT REAKSİYA: “Hər kəsin cənnəti də, cəhənnəmi də…”

“Tərəflər bir-birini olduğu kimi qəbul etsə, sevgi, hörmət qarşılıqlı olsa, o zaman cənnət qadının da, kişinin də üzünə açıqdır”.

Tanınmış aktyor Azər Axşamın “Qadın kişiyə itaət etməlidir, çünki cənnətin qapısı ərə itaətdədir” açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu fikir sənət cameəsində də fərqli reaksiyalara səbəb olub.

Bu barədə Yenicag.az-a açıqlama verən aktrisa Arzu Abdulova adıçəkilən aktyorun məlum fikirlərini absurd adlandırıb:

“Azər Axşama böyük hörmətim var, uşaqlıqdan o aktyoru sevirəm. Amma harada yazılıb ki, cənnətin qapısı ərə itaətdədir? Absurd cümlə oldu. Hər kəsin cənnəti də, cəhənnəmi də öz beynindədir.

O ki, qaldı, qadın-kişi munasibətinə, bəli, qadın kişiyə itaət etməlidir. Bəli, qadın öz həyat yoldaşının sözündən çıxmamalı, onun istədiyi kimi davranmalı, onun istədiyi kimi geyinməlidir. Amma unutmasınlar ki, kişini də qadın dünyaya gətirib.

Hər iki tərəf bir-birini olduğu kimi qəbul etsə, sevgi, hörmət qarşılıqlı olsa, o zaman cənnət qadının da, kişinin də üzünə açıqdır. “Quran”da da yazılıb ki, cənnət anaların ayaqları altındadır. Diqqət edin, kişilərin yox, məhz qadınların”.

Cəvahir

COP29