Albaniyada güclü zəlzələ

Albaniyada 5,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri ölkənin paytaxtı Tirana şəhərindən 38 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ “UTC” vaxtı ilə saat 15:38-də qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

COP29