Albaniya Təhsil Nazirliyi Fətullah Gülənə bağlı məktəblərdə türk bayrağı və Türkiyəyə aid simvollardan istifadə edilməsini qadağan etdi. Yenicag.az türk mediasına istinadən xəbər verir ki, artıq Gülən məktəbləri bu ölkədə Türkiyənin etibarından istifadə edə bilməyəcək. Belə ki, bütün ölkələrə “türk məktəbi” adı altında soxulan FETÖ-nün burada rəsmən Türkiyəyə aid atributlardan istifadə etməsi qadağan edildi.
Albaniyanın “Top Channel” telekanalında çıxış edən Təhsil Nazirliyinin katibi Plarent Ndreca bu qərarı Türkiyənin şikayətinə əsaslanaraq, verdiklərini bildirib.
Qeyd edək ki, Albaniyanın paytaxtı Tiran başda olmaqla, İşkodra, Draç və başqa şəhərlərdə FETÖ-nün məktəbəqədər hazırlıq mərkəzindən universitetə qədər xeyli sayda təhsil müəssisəsi var.
Yenicag.az