!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Aleksandr Səmədov “Kayrat”a keçir?

!Reklam – Yazi

“Spartak” futbol klubu və Rusiya yığmasının keçmiş futbolçusu Aleksandr Səmədov Qazaxıstanın “Kayrat” komandasına transfer edilə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Kazfootball” portalı xəbər yayıb. Portalın məlumatına görə, “Kayrat” hal-hazırda braziliyalı yarımmüdafiəçi İsael da Silvaya əvəz axtarır. Daha öncə isə rusiyalı yarımmüdafiəçi Andrey Arşavin karyerasını yekunlaşdıraraq klubda çıxışını dayandırıb.

Yanvar ayında Səmədov və “Spartak” tərəflərin razılığı əsasında müqaviləni ləğv ediblər. 34 yaşlı futbolçu “Spartak”ın heyətində 109 oyun keçirib və 15 qola imza atıb. Komandanın heyətində o, Rusiya çempionu adını və ölkənin Superkubokunu qazanıb.

2018-ci ilin yayında Səmədov Dünya Çempionatında Rusiyanın heyətində çıxış edib və komanda ilə birlikdə 1/4 finala qədər yüksəlib. DÇ-dan sonra futbolçu millidə karyerasını yekunlaşdırdığını bildirib./Trend/

www.yenicag.az

3568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv