Aleksey Navalnı azadlığa çıxıb

img1761404Yenicag.az müsavat-a istinadən bildirir ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnı 15 günlük həbs müddətini başa vuraraq, azadlığa çıxıb. O, Moskva metrosunda müxalifətin aksiyasına dair vərəqələr paylayarkən həbs edilmişdi.

Tərəfdarları qarşısında çıxış edən Navalnı Boris Nemtsovun qətlinin onu Putin hökumətinə qarşı kampaniyasından çəkindirməyəcəyini deyib.

Müxalifət lideri Nemtsovun məzarını ziayət edəcəyini bildirib.

Moskva məhkəməsi Navalnının Nemtsovun dəfn mərasimində iştirak etmək üçün vaxtından əvvəl azad edilməsi tələbini rədd etmişdi.

Navalnı Nemtsovun prezident də daxil edilməklə, ölkənin siyasi liderliyini təmsil edən təşkilatların müdafiəsində duran Dövlət Təhlükəsizlik Xidməti tərəfindən öldürülüdüyə inandığını deyib.

Putin isə qətli təhrikçilik adlandıraraq, onun arxasında durranların məsuliyyətə cəlb ediləcəyinə and içib. Rusiya prezidenti şəxsən istintaqa nəzarət etdiyini bildirib.