Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Aleksis Sançes rəsmən “Mançester Yunayted”də

Reklam: Sinerji Pro

İngiltərənin “Mançester Yunayted” klubu London “Arsenal”ının hücumçusu Aleksis Sançesin transferini nəhayət ki, rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, “qırmızı şeytanlar” xeyli müddət idi Çili yığmasının üzvünü heyətinə qatmağa çalışırdı. Joze Mourinyonun çalışdırdığı klub istəyinə bu gün çatıb.

MY Aleksis Sançesi transfer edərkən, “topçular” da Mançester klubunun yarımmüdafiəçisi Henrix Mxitaryanı heyətinə qatıb. Artıq hər iki klub rəsmi saytı vasitəsilə yeni transferlərini təqdim edib. Lakin müqavilələrin müddətləri barədə açıqlama verilmir.

MY Sançes üçün “Arsenal”a Mxitaryandan əlavə 20 milyon funt-sterlinq də ödəyəcək. 29 yaşlı futbolçu Mançester klubunda 7 nömrəli formanı geyinəcək. O, yeni komandasında həftəsinə 600 min funt-sterlinq maaş alacaq.

Bu mövsüm Premyer Liqada 19 oyunda forma geyinən Sançes 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

www.yenicag.az

1128
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM