“Türkiyənin Zəngəzur dəhlizinin fəaliyyətə keçməsini istəməsi, sadəcə, Türkiyənin mənfəəti üçün deyil. Əksinə, bu dəhlizin fəaliyyətə başlaması Türkiyənin Azərbaycanla birlikdə Türk dünyası ilə əlaqələrinin quru yolu ilə həyata keçirilməsi anlamına gələcək”.
Bu sözləri Yenicag.az-a özəl müsahibəsində ehtiyatda olan jandarm mayoru, professor Ali Fuat Gökçe deyib.
Ali Fuat Gökçe Azərbaycana səfəri çərçivəsində “Yeni Çağ Media”a müsahibə verib. O, müsahibəsində Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin Yaxın Şərqdə baş verən hadisələrə, daha dəqiq desək, İsrail-Livan müharibəsinə reaksiyası, İranın Zəngəzur dəhlizi və PKK terror təşkilatına münasibəti, o cümlədən Türkiyədə terrorun kökünün kəsilməsi ilə bağlı rəsmi Ankaranın atacağı addımlardan danışıb. Daha ətraflı videonu təqdim edirik:
Rafi Müslümov