!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ali-İmran" surəsinin izahlı tərcüməsi çap olundu - Azərbaycanda ilk dəfə

!Reklam – Yazi

Bir neçə ildir Qurani-Kərimin tərcüməsi üzərində çalışan ilahiyyatçı Elşad Mirinin “Ali-İmran” Surəsinin İzahlı Tərcüməsi kitabı çapdan çıxıb.

Yenicag.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müsbət rəyinə əsasən çap olunan kitabda “Ali-İmran” surəsinin ətraflı izahına yer verilib. 200 ayədən ibarət olan surədə hansı sözlərin nə üçün, necə və hansı məqsədlə işlədilməsi izah olunub. “Ali-İmran” Surəsinin İzahlı Tərcüməsi kitabı ilə tanış olan hər kəs peyğəmbərləri bizim öz aramızdan çıxan bir insan olaraq sevəcək. Peyğəmbərləri səhvsiz yox, onların da səhvinin olduğunu Qurani-Kərimdən görəcəklər. Çünki Allah bizə bunu xəbər verir. Bu zaman həqiqətən Qurana baxış dəyişəcək.

Azərbaycanda ilk dəfə bu cür izahlı tərcüməyə yer verilən kitabda oxucu fərqli yanaşma ilə tanış ola biləcək. “Ali-İmran” Surəsinin İzahlı Tərcüməsi kitabı ilə bir çox suallara cavab tapmaq mümkündür.

Kitabı əldə etmək istəyənlər (051) 408-08-88 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

www.yenicag.az

1114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv