Ali Koçun prezident seçilməsindən sonra “Fənərbaxça”da ilk təyinat reallaşıb.
Yenicag.az xəbər verir ki, Damien Komolli İstanbul təmsilçisində idman direktoru vəzifəsində çalışacaq.
Artıq İstanbulda olan mütəxəssis 100 futbolçu arasında seçim edərək, transfer məsələlərində komandaya kömək edəcək. Bundan başqa o, baş məşqçi seçimində də fikir sahibi olacaq.
Qeyd edək ki, Komolli daha əvvəl “Arsenal”, “Tottenhem”, “Liverpul”, “Sent-Etyen” kimi klublarda çalışıb.