!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali Məhkəməsinin sədri BU BÖLGƏLƏRDƏ vətəndaşları qəbul edəcək

!Reklam – Yazi

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Xaçmazda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Qusarda, Cinayət kollegiyasının sədri Şahin Yusifov isə Qubada vətəndaşları qəbul edəcəklər.

Ali Məhkəmənin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu saat 11:00 Xaçmaz Rayon Məhkəməsində (Xaçmaz şəhəri, Nəsimi küçəsi, 8), Qusar Rayon Məhkəməsində (Qusar şəhəri, Füzuli küçəsi, 5) və Quba Rayon Məhkəməsində (Quba şəhəri, Heydər Əliyev prospekti) başlayacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Xaçmaz Rayon Məhkəməsində, Qusar Rayon Məhkəməsində, Quba Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 245-54-20 nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

www.yenicag.az

1242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv