Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ali məktəblərdə dini dərslər keçiriləcək, orta məktəblərdə isə... - Rəsmi

Qafqaz Müsəlmanları İdarəsi Quran kurslarına icazə verib. Dövlət də Quran kurslarının olmasını lazım bilir.

ONA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı qeyd edib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək:

“Tələbələr həmin dərslərdən imtahan verəcəklər. İslam dini onların içərisində daha yüksək yer tutur. Artıq həmin dərsliklər hazırlanıb. Təhsil Nazirliyi həmin dərslikləri Dövlət Komitəsinə göndərib. Bütün orta məktəblərdə tədris proqramlarına geniş şəkildə İslam dini haqqında məlumatlar əlavə edlilib.

İslam şagirdlərə orta məktəbdə aşağı siniflərdən öyrədiləcək. İlahiyyatçı alimlər buna baxırlar. Şagirdlərə hər hansı fikrin yanlış çatdırılmaması üçün bütün məsələlər nəzərə alınır”.

Təhsil Nazirliyi də orta məktəblərdə dini fənlərin keçirilməsi məsələsinə münasibət bildirib.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur:

“Həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb. Hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur”.

“Ali təhsil müəssisələrinə gəldikdə, Təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.

“Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur”, – deyə nazirlikdən bildirilib.

Loading...

www.yenicag.az

1891
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100