!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadıldı

!Reklam – Yazi

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenicag.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

 

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv