!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərə keçid balları açıqlandı

!Reklam – Yazi

m abbaszade kecid badli 15 iyulTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balları açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.

2016/2017-cı tədris ili üçün I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

I ixtisas qrupunun “Riyaziyyat”, “Fizika, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika”, “Telekommunikasiya və radio texnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompyuter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar, V ixtisas qrupunda qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.

Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar, IV qrupda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində isə ingilis dili fənni üzrə attestat qiymət “4”, və “5” olan abituriyentlər iştirak edə bilərlər.

“Aqromühəndislik”, “Torpaqşünaslıq və aqrokimya”, “Balıqçılıq və balıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqranomluq”, “Zootexniklik”, “Baytarlıq”, Subioehtiyatları və akvabitkilər” ixtisaslarına, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin “Melorasiya və Su Təsərrüfatı tikintisi mühəndisliyi”, “Ekologiya” və “Əczaçılıq” ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Xatırladaq ki, ali məktəblərə I və IV qruplar üzrə qəbul imtahanı bu gün – iyulun 15-də keçirilir, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 25-də keçiriləcək.

www.yenicag.az

1037
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv