Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ali məktəblərə müsabiqə şərtləri məlum oldu

“Abituriyent” jurnalının 2-ci sayında 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilib.

Dövlət İmtahan Mərkəzdindən Yenicag.az-a verilən məlumata görə, jurnalda, həmçinin 2019-cu ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan (situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların izahı, qiymətləndirmə meyarları, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

www.yenicag.az

330
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100