Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ali məktəblərə nə qədər abituriyent qəbul oldu?

Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin avqustun 12-də elan etdiyi nəticələrə əsasən, ali təhsil müəssisələrinin 42669 plan yerlərinin (müsabiqədənkənar plan yerləri xaric) müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36428 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, 11775 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulolma faizi 85.37-dir. Dövlət ali təhsil müəssisələrində (qəbul planı 36424) vakant yerlərin sayı 3663 (10.06 %), özəl ali təhsil müəssisələrində (qəbul planı 6245) isə 2579-dur (41.30%).

Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 5-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 7 ali təhsil müəssisəsində 80%-dən çox, 5 ali təhsil müəssisəsində isə 50%-dən az dolmuşdur.

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19‑dək internet vasitəsilə aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər.

Qəbul planı, bölmələr və qruplar üzrə qəbul, dövlət və özəl ali təhsil müəssisələrinə qəbul göstəriciləri haqqında statistik məlumatlar aşağıdakı cədvəllərdə təqdim olunur:

Ali təhsil müəssisələrinə (dövlət və özəl) qəbul olan abituriyentlərin sayı haqqında məlumat (I mərhələdən sonra)

Dövlətali təhsil müəssisələrinəqəbul olan abituriyentlərin sayı haqqında məlumat (I mərhələdən sonra)

Özəl ali təhsil müəssisələrinəqəbul olan abituriyentlərin sayı haqqında məlumat (I mərhələdən sonra)

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ (DÖVLƏT VƏ ÖZƏL) QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr
üzrə cəmi
I 13777 10239 (5012) 1138 (514) 11377 (5526) 82.57 2401 (17.43)
II 12860 9415 (1892) 1184 (171) 10599 (2063) 82.42 2261 (17.58)
III 9745 8205 (2125) 696 (107) 8901 (2232) 91.34 844 (8.66)
IV 3220 2615 (1229) 228 (67) 2843 (1296) 88.29 377 (11.71)
V 3067 2316 (568) 392 (90) 2708 (658) 88.29 359 (11.71)
CƏMİ 42669 32790 (10826) 3638 (949) 36428 (11775) 85.37 6242 (14.63)

DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

 

İxtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr
üzrə cəmi
I 12802 9834 (4939) 1106 (505) 10940 (5444) 85.45 1863 (14.55)
II 9695 7838 (1832) 1096 (168) 8934 (2000) 92.15 761 (7.85)
III 8015 6824 (2094) 669 (106) 7493 (2200) 93.49 522 (6.51)
IV 2950 2509 (1219) 226 (67) 2735 (1286) 92.71 215 (7.29)
V 2962 2279 (568) 381 (90) 2660 (658) 89.80 302 (10.20)
CƏMİ 36424 29284 (10652) 3478 (936) 32762 (11588) 89.94 3663 (10.06)

ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT (I mərhələdən sonra)

xtisas

qrupu

Qəbul

planı

Qəbul olub (o cümlədən, dövlət sifarişi əsasında) Qəbulolma

faizi

Vakant
yerlərin
sayı (%)
Azərbaycan bölməsi Rus
bölməsi
Bölmələr
üzrə cəmi
I 975 405 (73) 32 (9) 437 (82) 44.82 538 (55.18)
II 3165 1577 (60) 88 (3) 1665 (63) 52.61 1500 (47.39)
III 1730 1381 (31) 27 (1) 1408 (32) 81.39 322 (18.61)
IV 270 106 (10) 2 (0) 108 (10) 40.00 162 (60.00)
V 105 37 (0) 11 (0) 48 (0) 45.71 57 (54.29)
CƏMİ 6245 3506 (174) 160 (13) 3666 (187) 58.70 2579 (41.30)

 

 

www.yenicag.az

2273
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM