!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərə qəbul olan abituriyentlərin diqqətinə: Qeydiyyat başa çatır

!Reklam – Yazi

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.

Yenicag.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Məlumat üçün bildirək ki, səhər saatlarına olan statistikaya əsasən 34596 (qəbul olanların 95%-i) nəfər artıq qeydiyyatdan keçib.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Yenicag.az

www.yenicag.az

1171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv