Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

Yenicag.Az-ın xəbərinə görə, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi saat 23:59-da yekunlaşıb.

Avqustun 5-dən ali məktəblərə V ixtisas qrupu üzrə ixtisas seçimi həyata keçirilirdi. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də avqustun 10-u saat 23:59-dək elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməli idilər.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməli idilər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Yenicag.Az