Ali Radada qalmaqal-Video

83459Ukrayna Ali Radasında qalmaqal baş verib.

Radikal partiyasının lideri Oleq Lyaşko Ukrayna prezidenti Pyotr Poroşenkonu parlament tribunasında qovub. Ukrayna prezidenti Lyaşkonun bu hərəkətinə cavabında onu Maydan xəyanətində ittiham edib.

Deputat Andrey Lozovoy bu barədə öz Facebook səhifəsində bildirib. O qeyd edib ki, Ukrayna prezidenti və Oleq Lyaşko arasındakı münaqişə yeni baş prokuror Viktor Şokinanın namizədliyi üçün keçirilən səsvermədən dərhal sonra baş verib.

“Oleq Lyaşko prezidentə qışqırdı və onu barmaqla hədələdi. Poroşenko isə Lyaşkoya yaxınlaşıb dedi ki, siz Maydanı və Ukraynanı satdınız. Prezident həmçinin bildirdi ki, Lyaşko buna görə qanun qarşısında cavab verəcək”, – deyə deputat söyləyib.

Qeyd edək ki, Ali Radada səsvermə zamanı daha bir neçə hadisə baş verib. Deputatlar arasında dava düşüb. Bəzi deputatlar səsvermənin qanunsuz olduğunu iddia ediblər.