Ali Radanın həbs edilən deputatından Zelenskiyə sərt İTTİHAM

 

“Zelenski hazırda “pis müttəfiqlər” şousu oynayır”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin uğursuzluqları barədə “dövlətə xəyanət”də şübhəli bilinərək, həbs edilən Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski deyib. Onun sözlərinə görə, Zelenski hakimiyyəti saxlamaq üçün müttəfiqlərinə qarşı oyuna başlayıb.

“Belə ki, hamı Ukraynanın qələbəsinin qeyri-mümkün olduğunu anlayır. İndi mübarizə uğursuzluqlarda kimin günahkar olması üzərinə aparılır. Zelenski isə hazırda “pis müttəfiqlər” şousu oynayır. Cəbhənin bacarıqsız idarə olunması, maliyyə çatışmazlığı və səfərbərlik sürətinin azalmasına görə məsuliyyəti ABŞ və Avropaya yükləmək istəyir”, – deyə o bildirib.

 

Nəsimi Ələsgərli

COP29