“Təhsil sistemi müasir cəmiyyətin tələblərinə cavab vermək üçün qabaqlayıcı olmalıdır”.
Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, Əvvəllər ali təhsillə əldə olunmuş biliklər 20-25 il qüvvədə idisə, bu gün bu zaman 5-7, hətta bəzi sahələrdə 2-3 ilə qədər azalıb.
“Yəni, ali təhsil zamanı öyrədilən biliklərin aktuallığı qısa çəkir”, – deyə M.Abbaszadə vurğulayıb.