!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Alibaba"nın mənfəəti azaldı: İşçilərini ixtisar edir

!Reklam – Yazi

Çinin dünyaca məşhur “Alibaba” şirkəti aprel-iyun ayı ərzində 9 241 əməkdaşını işdən çıxarıb.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, ilin ilk üç ayında şirkət artan inflyasiya, xammal xərcləri və siyasi gərginlik kimi amillər fonunda işçi qüvvəsini 4 375 nəfər azaltmışdı. Növbəti üç ay ərzində isə şirkətin işçi qüvvəsini azaltmasına pandemiya dövrü və rüblük mənfəətin aşağı düşməsi səbəb olub. Beləliklə, şirkət 245 min 700 işçini ixtisar edib.

Ekspertlərə görə, bir vaxtlar Çinin ən dəyərli şirkəti olan “Alibaba”nın bazar dəyərinin aşağı düşməsinə səbəb Pekin hökumətinin özəl sektora tətbiq etdiyi bir sıra addımlardan qaynaqlanır.

Qeyd edək ki, pandemiya dövrü və inflyasiya fonunda ABŞ-nin “Apple”, “Alphabet”, “Meta Platforms” şirkətləri də işə qəbulu dayandırıb. “Amazon.com” isə 100 minə yaxın insanı işdən çıxarıb.

Gülşən

www.yenicag.az

520
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv