!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Alim Qasımov Nazpəridən borc alan əmisi oğlu barədə: “Adımı niyə hallandırırlar?”

!Reklam – Yazi

“Mənim sənətim barədə söz dedilər heç ona cavab vermədim. Belə məsələlərdə xahiş edirəm, adımı hallandırmasınlar”.

Bunu yaxın qohumunun ondan aldığı borc pulu geri qaytarmaması barədə Xalq artisti Nazpəri Dostəliyevanın söylədiklərinə münasibət bildirən tanınmış xanəndə Alim Qasımov Yenicag.az-a açıqlamasında deyib.

Xanəndə belə məsələlərə qarışmadığını bildirib:

“Mənim nəyimə lazımdır ki, kim kimdən pul alıb. Qohumumdu deyə mənim adım hallanmalıdır? Mənim onlardan xəbərim də yoxdur.Yusif elə Nazpəri xanımın özünün qohumudur. O adam indi həyatda yoxdur, rəhmətə gedib”.

Qeyd edək ki, Axşam.az saytının yaydığı xəbərdə Nazpəri Dostəliyeva Alim Qasımovun əmisi oğlu Yusifin  ondan borc pul aldığını bildirib:

“Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır”.

Cəvahir

www.yenicag.az

870
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv