!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Alim Qasımovla aralarında inciklik yaşanan Nazpəri: “Zəng etdilər, məcburən 15 il susduğum söhbəti...”

!Reklam – Yazi

Xalq artisti Nazpəri Dostəliyeva ilə tanınmış xanəndə Alim Qasımov arasında inciklik yaşanıb. Buna N.Dostəliyevanın xanəndənin əmisioğluna verdiyi borc barədə danışarkən A.Qasımovun adını çəkməsi səbəb olub.

Yenicag.az-a açıqlama verən Xalq artisti Nazpəri Dostəliyeva məsələyə belə aydınlıq gətirib:

“15 ildən artıqdır ki, bu barədə susurdum. Heç yerdə, heç nə danışmamışdım. Danışmaq fikrim də olmayıb. Mənə olunan bir zəngdən sonra bu söhbət açıldı. Məcburiyyət qarşısında illər əvvəl yaşanan hadisə barədə danışmalı oldum. Heç Alim müəllimin də adının hallanmasını istəmədim. Bir müxbir mənə zəng vurub soruşdu ki, Alim müəllimin kürəkəninə 50 min dollar pul vermisiz? Bu suala cavab vermişəm ki, kürəkəni yox, əmisioğluna borc vermişəm, özü də 50 min yox, 30 min dollar. Onu da heç deməyəcəkdim. Kürəkən söhbəti məni danışmağa məcbur etdi. Həmin adam sabah, birigün mənə sual edə bilərdi ki, məgər sizə borcum var? O zəngə görə, düşündüm ki, həqiqəti deyim. Cavab verdim ki, kürəkəni yox, əmisioğluna borc vermişdim. Məqsədim də göründüyü kimi Alim müəllimin adını hallandırmaq olmayıb, sadəcə verilən suala aydınlıq gətirmişəm”.

Cəvahir

www.yenicag.az

1254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv